Gəncə şəhər stadionunun tikintisi üçün 15 milyonluq müqavilə imzalanıb.
Gənclər və İdman Nazirliyi tərəfindən elan olnunan “Gəncə şəhər stadionunun yenidən qurulması üzrə işlərinin (birinci mərhələ) satın alınması” tenderin qalibi “İnşaatçı 3” MMC olub.
Şirkətlə 15 084 799 manat məbləğində müqavilə imzalanıb.
Qeyd edək, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 9-da Gəncə şəhər stadionunun təməlini qoyub.
Xəbəri hilal.az saytından alın.