
Vəkillər Kollegiyasının Rəyasət Heyətinin geniştərkibli iclası və vəkilliyə namizədlərin andiçmə mərasimi keçirilib
İyunun 25-də “Konstitusiya və Suverenlik İli” çərçivəsində Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (ARVK) Rəyasət Heyətinin geniştərkibli iclası və vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi təşkil olunub.
Tədbirdə Milli Məclisin komitə sədrləri, ARVK Rəyasət Heyətinin üzvləri, vəkil qurumlarının rəhbərləri, vəkillər, namizədlər, eləcə də kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.
Tədbirdə açılış nitqi ilə çıxış edən ARVK-nın sədri Anar Bağırov ölkəmizdə vəkillik institutunun tarixi inkişafına qısa nəzər salaraq, son illərdə həyata keçirilən islahatlar, əldə olunan mühüm nailiyyətlər və kollegiyanın fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib.
Daha sonra vəkilliyə qəbul üzrə ixtisas imtahanlarından uğurla keçmiş, icbari təlim mərhələsini müvəffəqiyyətlə başa vurmuş və şifahi müsahibədən keçərək kollegiya üzvlüyünə qəbul olmuş namizədlərin andiçmə mərasimi keçirilib. Namizədlər Azərbaycanın Dövlət Bayrağı önündə təntənəli şəkildə and içərək vəkil peşəsinin şərəflə daşıyacaqlarına dair öhdəlik götürüblər, onlara vəkil vəsiqələri təqdim edilib.
Tədbirin ikinci hissəsində isə fəaliyyəti dövründə fərqlənmiş və yubiley yaşına çatmış kollegiyanın bir qrup üzvü təltif olunub.
Eyni zamanda, mərasim çərçivəsində ARVK Rəyasət Heyətinin iclası keçirilib, gündəlikdə olan bir sıra məsələlər müzakirə edilərək müvafiq qərarlar qəbul olunub.
Xəbəri Hilal informasiya portalından alın.