"Mübahisələrin həlli, məhkəmə sistemi və hüququn aliliyi” İşçi Qrupunun təsdiqlənmiş Yol Xəritəsi çərçivəsində qanunvericilik islahatları paketi hazırlanıb

"Mübahisələrin həlli, məhkəmə sistemi və hüququn aliliyi” İşçi Qrupunun təsdiqlənmiş Yol Xəritəsi çərçivəsində qanunvericilik islahatları paketi hazırlanıb

17 Sentyabr 2024Baxış: 1243

"Mübahisələrin həlli, məhkəmə sistemi və hüququn aliliyi” İşçi Qrupunun 2024-cü ildə təsdiqlənmiş Yol Xəritəsi çərçivəsində müvafiq qanunvericilik islahatları paketi hazırlanıb. Bu islahatlar paketi hazırda razılaşdırılma mərhələsindədir. Eyni zamanda, hökumətə bır sıra təkliflər təqdim edilib"

Bunu ədliyyə nazirinin müavini, "Mübahisələrin həlli, məhkəmə sistemi və hüququn aliliyi” İşçi qrupunun rəhbəri Toğrul Hüseynov İşçi Qrupun bu gün keçirilən iclasında deyib.

Nazir müavini bildirib ki, təşkilatı tədbirlər çərçivəsində elektron sistemlərdə rəqəmsallaşmanın gücləndirilməsi, xüsusən də mediasiya prosesinin rəqəmsallaşdırılması tərəflərin bu prosesə müraciətində daha asan imkanların təqdim edilməsi ilə vaxt itkisinin qarşısının alınmasına yönəlib

"Ölkədə statistik göstəriciləri özündə əks etdirən Vahid Məhkəmə Portalında rəqəmlər həm Azərbaycan, həm də ingilis dilində dərc olunur. Bu rəqəmlərin əldə olunması metodologiyası ilə bağlı məlumatlar da Vahid Məhkəmə Portalında yerləşdirilib. Hər bir şəxs portala daxil olaraq məhkəmə işlərinin sayı, onun həll edilmə əmsalı və digər statistik rəqəmlərlə də tanış ola bilər", - deyə T. Hüseynov diqqətə çatdırıb.