Gözəlləşir Qarabağım

Gözəlləşir Qarabağım

24 Aprel 2026Baxış: 2594

Yaşıl orman, gül-çiçəkli,
Dağ-aranlı, ağır elli,
Mərd oğullar məkanıdır,
Bu qürurlu Qarabağdır.

Qonaqpərvər insanları,
Dost ellərdən qonaqları,
Gələn sevir Qarabağı,
Yamaclarda buz bulağı.

Heyran edir qonaqları,
Zirvəsində bayraqları,
Ətəyi güllü-çiçəkli,
Dumanlı Şuşa dağları.

Yağış yağır, çaylar daşır,
Dağ-dərələr yaşıllaşır,
Gözəlləşir Qarabağım,
Məkanı, Azərbaycanım!

 

Müəllif: Şamama Mehrəliyeva — 1999-cu ildə çapdan çıxmış “Durnalar” şeir kitabının və “Çiçəklən, Azərbaycan” adlı məşhur şeirin müəllifi

 

Xəbəri Hilal informasiya portalından alın.