Milli qəhrəmanımız Azərbaycan qızımız Salatın Əsgərovanın xatirəsinə
Hələ uşaqlığından
Həyata nikbin baxan
Qeyrətli bir atanın
Mərd qızıydı Salatın.
Baxmadı övladı var,
Dedi ki, səfərim var,
Arxamca siz, su atın,
Pıçıldadı Salatın
Qorxmazdı kimsələrdən,
Keçərdi sərhədlərdən,
Sürdü cəbhəyə atın.
Koroğlu tək Salatın,
Şəhidlik zirvəsinə,
Vətən qələbəsinə
Arzu dolu həyatın
Qurban verdi Salatın.
Azərbaycan qadını
Gör necə də qazandı,
Torpağının yolunda
Qəhrəmanlıq adını.
Müəllif: Şamama Mehrəliyeva — 1999-cu ildə çapdan çıxmış “Durnalar” şeir kitabının və “Çiçəklən, Azərbaycan” adlı məşhur şeirin müəllifi
Xəbəri Hilal informasiya portalından alın.











