Xocalının ağrısını danışan gecə

Xocalının ağrısını danışan gecə KÜLƏK

23 Fevral 2026Baxış: 1561

             Külək
Fevral ayının 25-dən
26-na keçən gecədə külək
hey əsir ara vermir, sanki
pəncərəmi sındırırdı.
Bu vəziyyəti qələmə aldım.
             Külək
Külək, niyə belə hirslə əsirsən?
Bir de görüm, nəyi xəbər verirsən?
Yəqin Xocalının məşəqqətindən
Titrətmə qalıbdır səndə o gündən.

Neyçün ara vermir hey ağlayırsan,
Bəlkə Xocalını xatırlayırsan?
O şamları sönən xocalıları,
O talehi dönən gözəl qızları

Bilirəm ki, çıxmayıbdır yadından
O xalqa verilən ağır işgəncə
Xocalının o zülmündən titrəyib,
Əsim-əsim, əsəcəksən ölüncə.

Şeiri qurtardım, külək kəsdi:
(Möcüzə!)
Mən də onun dərdinə şərik
olduğum ona ayan oldu.

Müəllif: Şamama Mehrəliyeva — 1999-cu ildə çapdan çıxmış “Durnalar” şeir kitabının və “Çiçəklən, Azərbaycan” adlı məşhur şeirin müəllifi

 

Xəbəri Hilal informasiya portalından alın.