Novruz şeiri
Novruz bayramınız mübarək olsun!
Gəldi Novruz bayramı
Çox sevindi el, hamı.
Tonqallar alovlandı,
Ürəklər pərvazlandı.
Novruz bayram payına
Sevindilər uşaqlar.
Alova yaxınlaşıb,
Tonqaldan hoppandılar.
Xanımlar bişirdilər
İsti, şirin çörəklər.
Baharın gəlişini
Qeyd elədi “Səməni”.
Bəzəyidir süfrənin
Həmişə duzla çörək.
Allah verən ruziyə
Biz hər günü şükr edək.
Ətirlidir plovlar,
Çox dadlıdır qazmaqlar.
Qazmağın da bəzəyi
Aşda, beçə, xoruzlar.
Yaraşıqlı süfrəyə
Gəldi limonlu çaylar.
Ləzzətli paxlavalar,
Həm də şəkərburalar.
Xonçanın ətrafında
Çox dualar etdilər
Allahımın verdiyi
Xoş günə şükr etdilər
Müəllif: Şamama Mehrəliyeva — 1999-cu ildə çapdan çıxmış “Durnalar” şeir kitabının və “Çiçəklən, Azərbaycan” adlı məşhur şeirin müəllifi
Xəbəri Hilal informasiya portalından alın.









