Bu qələbə bizim oldu Poeziya
Dövlətlərin arasında
Güclülərin sırasında
Elim-gülüm Azərbaycan
Şirin dilim Azərbaycan
***
Qarabağımın dərdindən
Heç vaxt şənlənib, gülmədin
Gecələri sübhə kimi
Yuxu da yata bilmədin.
***
Səbri ilə dözdü xalqın
Sərt qayanı əzdi xalqın
Uzağı yaxın eylədi
Qarabağda gəzdi xalqın.
***
Halal olsun oğullara
İsmarlandıq biz onlara
Allahımız dayaq oldu
Bu qələbə bizim oldu.
***
Azərbaycan tarixində
Yeni səhifə açıldı
Qarabağın savaşında
Azəri qələbə çaldı.
***
2020-ci il
Bizə oldu qələbə il
Hər il 8 noyabrımız
Oldu zəfər bayramımız
***
Yaşa Azərbaycan yaşa!!!
Mərd xalqınla birgə qoşa!!!
Müəllif: Şamama Mehrəliyeva — 1999-cu ildə çapdan çıxmış “Durnalar” şeir kitabının və “Çiçəklən, Azərbaycan” adlı məşhur şeirin müəllifi
Xəbəri Hilal informasiya portalından alın.










