"Paris-2024": Azərbaycan parataekvondoçusu bürünc medal qazanıb

"Paris-2024": Azərbaycan parataekvondoçusu bürünc medal qazanıb

30 Avqust 2024Baxış: 1439

Azərbaycan parataekvondoçusu Sabir Zeynalov “Paris-2024” Yay Paralimpiya Oyunlarında bürünc medal qazanıb.

K44 kateqoriyası üzrə 58 kiloqram çəki dərəcəsində çıxış edən idmançı üçüncü yer uğrunda görüşdə tailandlı Thanva Kaenxamı sınağa çəkib.

Rəqibinə 12:3 hesabı ilə qalib gələn S.Zeynalov fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

Bununla da Azərbaycan Paris Paralimpiadasında ilk medalını əldə edib.

Qeyd edək ki, yarışa sentyabrın 8-də yekun vurulacaq.

 

Xəbəri Hilal informasiya portalından alın.