“Barselona” 28-ci dəfə La Liqanın çempionu olub

“Barselona” 28-ci dəfə La Liqanın çempionu olub

16 May 2025Baxış: 1613

“Barselona” XXXVI turda “Espanyol” üzərində qələbə qazanaraq vaxtından əvvəl çempionluğunu elan edib.

 Kataloniya təmsilçisi səfər matçında 0:2 hesablı qələbə qazanıb.

Bu qələbə ilə Hans-Diter Flikin yetirmələri mövsümün bitməsinə iki tur qalmış əzəli rəqibi və ən yaxın təqibçisi “Real”la xal fərqini 7-yə çatdırıb.

Qeyd edək ki, bu, “Barselona”nın 28-ci çempionluğudur. Komanda sonuncu dəfə 2022/2023 mövsümündə birinciliyi əldə etmişdi.

 

Xəbəri Hilal informasiya portalından alın.