Azərbaycan Alpaqut Federasiyasının qurultayı keçirilib.

Azərbaycan Alpaqut Federasiyasının qurultayı keçirilib.

23 Avqust 2024Baxış: 1879

23.08.2024- cü il tarixində Azərbaycan Alpaqut Federasiyasının (Dünya Alpaqut Federasiyasının Azərbaycan nümayəndəliyinin) qurultayı keçirilib.

Atatürk Mərkəzində təşkil olunan tədbirdə əvvəlcə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Qurultayda Azərbaycan Alpaqut Federasiyasının (AAF) İdarə Heyətinin yeni tərkibi formalaşıb və federasiyaya prezident seçkisi olub. Federasiyanın bütün filial və klub rəhbərləri, məşqçiləri, hakimləri və 18 yaşına çatan idmançılarının iştirakı ilə keçirilən səsverməyə əsasən Rafiq Qasimov, Kənan Quliyev, Qabil Hüseynov, Elsəvər Puri, Cəfər Cəfərov, Emil Rəhimov, Vasif Namazov,  Fuad Quliyev idarə heyətinin üzvləri, Nizami Ağayev İdarə heyətinin sədri, Əli Hacıyev isə Nəzarət Təftiş Komisiyasının sədri seçilib. Daha sonra Ümumi Yığıncağın səs vermə nəticəsində Fuad Quliyev yekdilliklə AAF-a yeni prezident seçilib.

O, çıxış edərək alpaqut turan döyüş sənətinin inkişafını sürətləndirmək üçün əlindən gələni edəcəyini bildirib.

Qurultayda Dünya Alpaqut Federasiyasının vitse prezidenti Tural Abasquliyev, DAF Reklam və marketinq depatamentinin sədri Firuzə İsgəndərova, İdarə heyətinin üzvü Fərid Əlizadə və DAF prezidenti Millət vəkili Jalə Əhmədova qonaq qismində iştirak edib.

DAF prezidenti Jalə Əhmədova ölkəmizdə idmana yaradılan şəraitdən və ölkə başçısı İlham Əliyevin idmana olan qayğısını xüsusi vurğulayaraq, Azərbaycan Alpaqut federasiyasının yeni rəhbərliyinə uğurlar arulayıb.

 

Azərbaycan Alpaqut Federasiyasının mətbuat katibi: Zarina Hüseynova

 

Xəbəri Hilal informasiya portalından alın.