Azərbaycan boksçusu Paris Olimpiadasının finalına vəsiqə qazanıb.

Azərbaycan boksçusu Paris Olimpiadasının finalına vəsiqə qazanıb.

04 Avqust 2024Baxış: 1484

Paris-2024 Yay Olimpiya Oyunlarında boksçuların yarımfinal görüşləri keçirilir.

92 kq çəkidə mübarizə aparan boksçumuz Enmanuel Reyes Pla (İspaniya) ilə görüşüb. Alfonso Fransa paytaxtında ardıcıl 3-cü qələbəsini qazanıb – 4:1 (28:29, 29:28, 29:28, 29:28, 30:27).

Bununla da Dominqes finala vəsiqə qazanıb. Həlledici görüş avqustun 9-da baş tutacaq.

Qeyd edək ki, Tokio-2020-də bürünc medal qazanan Alfonso Azərbaycan tarixinə iki olimpiya medalı qazanan ilk boksçu kimi düşüb.

 

Xəbəri hilal.az saytından alın.