Füzulidə avtomobil aşıb, xəsarət alanlar var
Füzuli rayonunda minik avtomobilinin aşması ilə nəticələnən yol qəzası olub.
Hadisə səhər saatlarında Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun 171-ci kilometrliyində, Füzuli rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
"BMW" markalı minik avtomobilinin idarəetmədən çıxaraq aşması nəticəsində xəsarət alan şəxslər Samir Qəhrəmanov, Ramiz Bəylərzadə, Mustafa Qasımov Füzuli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Onlara təcili təxirəsalınmaz tibbi yardım göstərilib, daha sonra Gəncə şəhərindəki xəstəxanaya təxliyə olunublar.
Qəza zamanı xəsarət alanların ANAMA əməkdaşları olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Xəbəri Hilal informasiya portalından alın.