“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində kitab sərgisi təşkil olunub

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində kitab sərgisi təşkil olunub

15 Noyabr 2024Baxış: 1485

Noyabrın 15-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Azİİ e-Kitab Evində “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində COP29-a həsr edilən kitab sərgisi təşkil olunub.

ADNSU-dan mətbuata bildirilib ki, sərgidə 80-dən çox nəşr yer alır.

Oxucular sərgidə ətraf mühitin mühafizəsi, yaşıl ekologiya, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsindən bəhs edən çap materialları ilə tanış ola bilərlər. Bundan əlavə, sərgidə təmizləmə qurğularının quraşdırılmasından, neftlə çirklənmiş torpaqların təmizlənməsi və yaşıllaşdırılmasından, quru ərazilərdə torpaqların münbitləşdirilməsindən, Xəzər dənizinin sahil sularının, canlı aləminin mühafizəsindən, iqlim dəyişikliklərinin zərərli təsirlərinin azaldılmasından bəhs edən kitablar, jurnallar və digər materiallar da yer alıb.

Sərgi ilin sonunadək davam edəcək.

 

Xəbəri Hilal informasiya portalından alın.