AMB "Güvənli” lombard şirkətini inzibati məsuliyyətə cəlb edib

AMB "Güvənli” lombard şirkətini inzibati məsuliyyətə cəlb edib

09 Dekabr 2024Baxış: 1430

Azərbaycan Mərkəzi Bankı (AMB) lombard fəaliyyəti ilə məşğul olan "Güvənli” MMC-ni, eləcə də onun vəzifəli şəxsini inzibati məsuliyyətə cəlb edib.

Məlumata görə, qurumun apardığı tematik yoxlama çərçivəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin tələblərinin pozulması ilə əlaqədar İnzibati Xətalar Məcəlləsinin 598.1.2-ci maddəsinə əsasən, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin qərarı ilə "Güvənli” MMC 20 min manat, onun vəzifəli şəxsi isə 2 min manat cərimələnib.

 

Xəbəri Hilal informasiya portalından alın.