Azərbaycanda logistika subsidiyasının ödənilməsinə 2025-ci ildən başlanıla bilər

Azərbaycanda logistika subsidiyasının ödənilməsinə 2025-ci ildən başlanıla bilər

18 Sentyabr 2024Baxış: 1168

Bu ilin sonuna qədər Azərbaycan hökumətinin logistika subsidiyaların ödənilməsi ilə bağllı qaydaları təsdiqləməsi gözlənilir.

Bunu İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev Bakıda keçirilən Azərbaycan-İraq Biznes Forumunda bildirib.

"Subsidiyaların ödənilməsinə gələn ildən başlanılması gözlənilir. Düşünürük ki, subsidiya müəyyən istiqamətlərdə ləngimələrin qarşısını almağa deyil, alternativ marşrutlardan istifadə edərkən maya dəyərinin aşağı salınmasına dəstək olacaq", - deyə AZPROMO rəsmisi əlavə edib.

Y. Abdullayev daha öncə mətbuata bildirmişdir ki, logistika subsidiyasıın tətbiqi Azərbaycanın bütün ərazisində nəzərdə tutulur. Ehtimal olunur ki, subsidiya 5-7 il müddətinə, azad edilmiş ərazilərdə isə 10 il müddətinə tətbiq olunacaq. Bu subsidiya ixracatçı şirkətlərə ödəniləcək və o, daşınma xərclərinin 70 %-nə qədər ola bilər. Azad edilmiş ərazilərdə isə logistika xərclərinin dövlət hesabına tam ödənilməsi nəzərdə tutulur.

 

Xəbəri Hilal informasiya portalından alın.