Şəkidə VII əsrə aid gümüş sikkələri satmaq istəyən şəxs saxlanılıb

Şəkidə VII əsrə aid gümüş sikkələri satmaq istəyən şəxs saxlanılıb

05 Sentyabr 2024Baxış: 1612

Qədim tarixə malik sikkələri satmaq istəyən rayon sakini Bəhram Abdurahmanov Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan mətbuata bildirilib ki, ondan 73 ədəd sikkə götürülərək müvafiq ekspertizalara təqdim olunub. Ekspertizaların da rəylərinə əsasən həmin predmetlərin VII əsrdə pul vahidi kimi istifadə edilən və Azərbaycanın milli mədəni irs siyahısına aid olan gümüş sikkələr olduğu müəyyən edilib.

Götürülmüş sikkələr saxlanılması üçün aidiyyəti üzrə Şəki Tarix-Diyarşünaslıq Muzeyinə təhvil verilib.

 

Xəbəri Hilal informasiya portalından alın.