Bakı Oksford Məktəbi sahibindən alındı – 25 milyon manata satışa çıxarıldı

Bakı Oksford Məktəbi sahibindən alındı – 25 milyon manata satışa çıxarıldı

04 Avqust 2024Baxış: 1081

Bakının Səbail rayonu  Badamdar qəsəbəsində yerləşən məşhur Bakı Oksford Məktəbi müsadirə edilib, binası isə satışa çıxarılıb.

Binanın ilkin satış qiyməti 24.7 milyon manatdır.

Bununla bağlı Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 27 avqust 2024-cü il tarixdə hərrac keçiriləcək.

Hərracda iştirak etmək istəyən fiziki və hüquqi şəxslər satışa çıxarılan əmlaka sifariş vermək üçün Əmlak Xidmətləri Məkanına müraciət edə bilərlər. Hərraclarda sifariş və digər zəruri sənədləri təqdim etmiş, satılan əmlakın ilkin satış qiymətinin 10% həcmində behi ödəmiş hüquqi və fiziki şəxslər iştirak edə bilərlər.

 

Sıra sayı Əmlakın adı Əmlakın yerləşdiyi ünvan Ölçü vahidi Miqdarı Əmlakın start qiyməti (manatla) 10% beh (manatla)
Səbail rayonu
1 Qeyri-yaşayış binası. Bakı şəhəri, Səbail rayonu, Abbasqulu Abbaszadə küçəsi, 108 kv.m 18972.2 24703000 2470300