Qaxda çay sahilində çətənə kolu yetişdirən şəxs tutulub

Qaxda çay sahilində çətənə kolu yetişdirən şəxs tutulub

12 Avqust 2024Baxış: 1529

Narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan 55 yaşlı İbrahim Nəsibov Qax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan mətbuata bildirilib ki, saxlanılan şəxsin Dəymədağlı kəndindən keçən çayın sahilində əkdiyi, çəkisi 130 kiloqram olan 231 ədəd çətənə kolu və süni yaradılmış hovuzlar aşkar olunub. Saxlanılan şəxs narkotik tərkibli bitkiləri may ayında becərdiyini və aqrotexniki qulluq göstərdiyini bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, İ.Nəsibov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.

 

Xəbəri hilal.az saytından alın.