Elm və təhsil naziri "Azərbaycan müəllimi" qəzetinin əməkdaşlarını 90 illik yubiley münasibətilə təbrik edib

Elm və təhsil naziri "Azərbaycan müəllimi" qəzetinin əməkdaşlarını 90 illik yubiley münasibətilə təbrik edib

03 Sentyabr 2024Baxış: 1431

Elm və təhsil naziri Emin Əmrullayev "Azərbaycan müəllimi" qəzetinin əməkdaşlarını 90 illik yubiley münasibətilə təbrik edib.
 
Bununla bağlı elm və təhsil naziri özünün sosial şəbəkə hesablarında paylaşım edib.
 
"Bu gün tarixi “Azərbaycan müəllimi” qəzetinin fəaliyyətə başlamasından 90 il ötür. Qəzet fəaliyyətinin ilk illərindən ölkənin elm və təhsil sahəsində baş verən yenilikləri, qabaqcıl dünya təcrübəsini oxuculara çatdıran mühüm yayım orqanı kimi kifayət qədər nüfuza malik olub. Ölkəmizin təhsil sisteminin siması olan müəllimlərimizin adını brendləşdirən qəzet hazırda da elm və təhsil sahəsində aparılan islahatların təbliğində əvəzsiz rol oynayır.
 
"Azərbaycan müəllimi" qəzetinin hər bir əməkdaşını yubiley münasibətilə ayrı-ayrılıqda təbrik edir, onlara çoxşaxəli və məsuliyyətli işlərində uğurlar arzulayıram", - deyə paylaşımda qeyd olunub.

 

Xəbəri Hilal informasiya portalından alın.