Qarabağ Universitetinin tələbələri Xankəndiyə gəliblər

Qarabağ Universitetinin tələbələri Xankəndiyə gəliblər

17 Sentyabr 2024Baxış: 1205

Sentyabrın 16-dan Qarabağ Universitetinin tələbələri Xankəndiyə gəlməyə başlayıblar.

Qarabağ Universitetindən mətbuata bildirilib ki, tələbələrin universitetin nümayəndələrindən ibarət işçi qrupu tərəfindən qeydiyyatı və yataqxanaya yerləşdirilməsi prosesi həyata keçirilir.

Bundan əlavə, tələbələrin Xankəndi şəhəri və universitetlə tanışlığı üçün infotur təşkil olunub.

Tələbələrin Xankəndiyə gəlişi prosesi mərhələli şəkildə sentyabrın 22-dək davam edəcək.

 

Xəbəri Hilal informasiya portalından alın.