Hilal.az xəbər portalı jurnalistika sahəsində təcrübə proqramı elan edir.

Hilal.az xəbər portalı jurnalistika sahəsində təcrübə proqramı elan edir.

06 Avqust 2024Baxış: 2015

Hilal.az xəbər portalı jurnalistika sahəsinə həvəsi olan və karyerasını bu sahədə qurmaq istəyən şəxslərin potensialını üzə çıxarmaq, peşə üzrə bilik və bacarıqlarının artırılmasını təmin etmək məqsədi ilə təcrübə proqramı elan edir.

Proqram müddətində iştirakçılar Hilal.az saytında xəbər, müsahibə, reportaj, araşdırma, məqalə hazırlanmasında iştirak edəcək. Həmçinin informasiyanın düzgün auditoriyaya çatdırılması və bütünlükdə mediada rəqəmsallığın yaratdığı yeniliklər çərçivəsində jurnalistlərin fəaliyyəti barədə geniş məlumatlar əldə edəcəklər.

 

Proqram media sahəsində təcrübəli mütəxəssilər tərəfindən tədris ediləcək.

Tədris ediləcək mövzular aşağıdakılardır:

-İnformasiya mənbələrinin tapılması və dəqiqləşdirilməsi

-İnformasiyanın xəbərə çevrilməsi və hazırlanması

-Müsahibə və reportajların hazırlanması

-Araşdırma yazılarının hazırlanması

 

Təcrübə proqramı ödənişsizdir.

 

Maraqlanan şəxslər info@hilal.az ünvanına cv ilə müraciət edə bilərlər.