Xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorka işgüzar səfərə yola düşüb

Xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorka işgüzar səfərə yola düşüb

23 Sentyabr 2024Baxış: 1155

Sentyabrın 22-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 79-cu sessiyasında iştirak məqsədilə ABŞ-ın Nyu-York şəhərinə işgüzar səfərə yola düşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildiriblər ki, səfər zamanı nazir Ceyhun Bayramovun Baş Assambleyanın 79-cu sessiyasında, o cümlədən bir sıra digər beynəlxalq tədbirlərdə çıxış etməsi, habelə sessiyanın yüksək səviyyəli həftəsi çərçivəsində xarici dövlət rəsmiləri və beynəlxalq təşkilatların rəhbərləri ilə ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur.

 

Xəbəri Hilal informasiya portalından alın.