Rusiya Prezidenti Vladimir Putin Azərbaycana dövlət səfərinə gəlib

Rusiya Prezidenti Vladimir Putin Azərbaycana dövlət səfərinə gəlib

19 Avqust 2024Baxış: 2570

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin avqustun 18-də Azərbaycan Respublikasına dövlət səfərinə gəlib.

Onu hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Samir Şərifov və digər rəsmi şəxslər qarşıladılar.

Daha sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva evlərində ölkəmizdə dövlət səfərində olan Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə şam ediblər.

 

Xəbəri hilal.az saytından alın.