Azərbaycanın Baş naziri Beynəlxalq Maliyyə Korporasiyasının nümayəndə heyəti ilə görüşüb

Azərbaycanın Baş naziri Beynəlxalq Maliyyə Korporasiyasının nümayəndə heyəti ilə görüşüb

05 Sentyabr 2024Baxış: 1154

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov sentyabrın 5-də Beynəlxalq Maliyyə Korporasiyasının Avropa üzrə Regional Direktoru İnes Roşanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə mətbuata Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, görüşdə Azərbaycan ilə Dünya Bankı və Dünya Bankı Qrupuna daxil olan qurumlar arasında uzunmüddətli səmərəli tərəfdaşlığın mövcud olduğu vurğulanıb.

Dünya Bankının Azərbaycanla Ölkə Tərəfdaşlıq Çərçivəsinin (ÖTÇ) əhəmiyyəti qeyd olunub, 2025-2029-cu illəri əhatə edəcək yeni ÖTÇ-nin hazırlanması ilə bağlı fikir mübadiləsi aparılıb.

Ölkəmizin Beynəlxalq Maliyyə Korporasiyası ilə əməkdaşlığının hazırkı səviyyəsindən, müxtəlif sahələrdə həyata keçirilən birgə layihələrin nəticələrindən məmnunluq ifadə olunub.

Görüşdə qarşılıqlı maraq doğuran sahələrdə, o cümlədən dövlət-özəl tərəfdaşlığı, xarici investisiyaların cəlb olunması, COP29 çərçivəsində birgə fəaliyyət və digər aktual istiqamətlərdə əməkdaşlıq imkanları müzakirə edilib.

 

Xəbəri Hilal informasiya portalından alın.