Pakistanda terrorçu-kamikadzenin hücumu nəticəsində 4 nəfər ölüb
Pakistanın Hayber-Paxtunxva əyalətində terrorçu-kamikadzenin hücumu nəticəsində ən azı 4 nəfər ölüb, 15 nəfər yaralanıb.
Hadisə bazar ertəsi səhər Şimali Vəziristan vilayətində yerləşən Razmak yaşayış məntəqəsi yaxınlığında baş verib. Hücum edənin hədəfində bölgədə fəaliyyət göstərən terror qruplaşmalarından birinin əvvəllər Pakistan hakimiyyətinə təslim olmuş keçmiş səhra komandiri olub.
Kamikadze içərisində keçmiş səhra komandirinin olduğu avtomobilə hücum edib. Partlayış nəticəsində 4 nəfər ölüb, 15 nəfər yaralanıb.
Yaralılar yaxınlıqdakı tibb müəssisələrinə yerləşdiriliblər.
Xəbəri Hilal informasiya portalından alın.