Ərdoğan: Paris Olimpiadasının açılış mərasimi mənəvi böhranın həyəcan siqnalıdır

Ərdoğan: Paris Olimpiadasının açılış mərasimi mənəvi böhranın həyəcan siqnalıdır

02 Avqust 2024Baxış: 1482

Avqustun 1-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Roma Papası Fransisk arasında telefon danışığı olub.

Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinə istinadla xəbər verir ki, dövlət başçısı diqqəti Parisdə Olimpiya Oyunlarının açılışında baş verən əxlaqsız səhnələrə çəkib.

Prezident Ərdoğan ifadə azadlığı və tolerantlıq pərdəsi altında dini-mənəvi dəyərlərə hücumların, insanların ləyaqətinin tapdalanmasının yolverilməz olduğunu vurğulayıb.

Türkiyə lideri qeyd edib ki, Parisdə baş verən əxlaqsız səhnələr xristian dünyası qədər müsəlmanların da hisslərini təhqir edib. “Bu cür hərəkətlərə qarşı birgə səsimizi ucaltmaq və vahid mövqedən çıxış etmək vacibdir”, - deyə dövlət başçısı qeyd edib.

Ərdoğan xatırladıb ki, Olimpiya Oyunlarının məqsədi dini dəyərlərə qəsd etmək və azğın fikirləri təbliğ etmək deyil, insanları birləşdirməkdir.

Siyasətçi Fransada keçirilən Olimpiada çərçivəsində dini dəyərlərə hücumları “dünyanın yuvarlandığı mənəvi böhran haqqında həyəcanverici siqnal” adlandırıb.

Roma Papası sülhün bərpası istiqamətində göstərdiyi səylərə və dini dəyərlərin deqradasiyasına qarşı həssaslığına görə Türkiyə Prezidentinə minnətdarlığını bildirib.

 

Xəbəri hilal.az saytından alın