ANAMA işğaldan azad olunmuş ərazilərdə işləmək istəyənlər üçün sənəd qəbulu elan edir

ANAMA işğaldan azad olunmuş ərazilərdə işləmək istəyənlər üçün sənəd qəbulu elan edir

16 Avqust 2024Baxış: 1582

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad olunmuş ərazilərdə nəqliyyat üzrə mütəxəssis, avtoçilingər, vulkanizatorçu vəzifələrində işləmək istəyənlər üçün sənəd qəbulu elan edir.

ANAMA-dan verilən məlumata görə, namizədlərin müvafiq sahədə peşə təhsili olmalıdır.

Maraqlananlar əlaqə telefonu göstərməklə aşağıdakı sənədləri career@anama.gov.az ünvanına göndərməlidir.

∙ müvafiq vəzifəyə sənədlərin təqdim olunmasına dair ərizə;

∙ şəxsiyyət vəsiqəsinin surəti;

∙ təhsilə dair təsdiqedici sənədin surəti;

∙ əmək kitabçasının surəti (olduğu halda).

Sənəd qəbulu bu il sentyabrın 30-dək həyata keçiriləcək.

Seçim zamanı işğaldan azad olunmuş ərazilərdən məcburi köçkün olan şəxslərin namizədliyinə üstünlük veriləcək.

 

Xəbəri hilal.az saytından alın.