Kənd təsərrüfatı texnikasına nəzarət edən işçilərin xüsusi geyim forması təsdiqləndi

Kənd təsərrüfatı texnikasına nəzarət edən işçilərin xüsusi geyim forması təsdiqləndi

04 Avqust 2024Baxış: 1208

"Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin kənd təsərrüfatı texnikası sahəsində dövlət nəzarətini həyata keçirən işçilərinin xüsusi geyim formasının, fərqlənmə nişanlarının təsviri və təchizat norması" təsdiq edilib.

Bu barədə müvafiq qərarı Baş nazir Əli Əsədov imzalayıb.

Sənədə əsasən, "Kənd təsərrüfatı texnikası sahəsində dövlət nəzarətinin həyata keçirilməsi üçün zəruri olan nəzarət-ölçü cihazlarının və digər xüsusi vasitələrin siyahısı" təsdiq edilib.

Kənd Təsərrüfatı Nazirliyi iki ay müddətində xüsusi geyim formasının daşınması qaydalarını təsdiq etməli, Maliyyə Nazirliyi ilə razılaşdırılmış formaya uyğun olaraq bu Qərarla təsdiq edilmiş normalar üzrə təminatın cari il dekabrın 31-i vəziyyətinə dair hesabatı növbəti il fevralın 15-dək Maliyyə Nazirliyinə təqdim etməli, bu Qərardan irəli gələn digər məsələləri həll etməlidir.

Müəyyən edilib ki, Kənd Təsərrüfatı Nazirliyinin kənd təsərrüfatı texnikası sahəsində dövlət nəzarətini həyata keçirən işçilərinin xüsusi geyim forması, fərqlənmə nişanları, nəzarət-ölçü cihazları və digər xüsusi vasitələr ilə təminatı Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin büdcədənkənar vəsaiti hesabına həyata keçirilir.

 

Xəbəri hilal.az saytından alın.