İntizam təbhehinin sənədləşdirilməsi

İntizam təbhehinin sənədləşdirilməsi

İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, AR Əmək Məcəlləsinin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər:

  • töhmət vermək;
  • sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək;
  • kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək;

işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsini ləğv etmək. Struktur bölmənin rəhbəri intizam qaydalarının pozulmasını aşkar etdikdə ən azı 2 nəfərin iştirakı ilə akt tərtib etməlidir. İntizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən 1 ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. İntizam xətasının törədildiyi gündən 6 ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. İntizam tənbehi onu vermək səlahiyyəti olan vəzifəli şəxsin əmri ilə sənədləşdirilir. Əmrdə aşağıdakılar qeyd edilməlidir:

  • işçinin əmək intizamını pozan əməli;
  • intizam tənbehinin növü;
  • əmək intizamının pozulmasını təsdiq edən sənədlər və işçinin yazılı izahatı

Onu da qeyd edək ki, intizam tənbehi, yalnız işçi ilə əmək müqaviləsi bağlamaq, onun şərtlərini dəyişdirmək və ona xitam vermək səlahiyyətinə malik olan işəgötürən tərəfindən verilə bilər.

Top