Hakim partiya: Gürcüstan ərazi bütövlüyünün bərpasına hazırlaşmalıdır

Hakim partiya: Gürcüstan ərazi bütövlüyünün bərpasına hazırlaşmalıdır

20 Avqust 2024Baxış: 1046

Gürcüstan ərazi bütövlüyünün bərpasına hazırlaşmalı və bunun üçün ölkə Konstitusiyasına dəyişikliklər etməlidir.

Bu barədə hakim "Gürcü arzusu - Demokratik Gürcüstan" partiyasının bəyanatında qeyd edilib.

“Ölkəmizin əsas vəzifələrindən biri Gürcüstanın ərazi bütövlüyünün bərpasıdır. Əgər ərazi bütövlüyü sülh yolu ilə bərpa olunarsa, ölkə Konstitusiyasına dəyişiklik etmək lazım gələcək. Çünki Gürcüstanın idarəetmə sistemi və ərazi-dövlət quruluşu yeni reallıqlara uyğun olmalıdır”, - bəyanatda vurğulanıb.

Partiyanın açıqlamasında o da bildirilib ki, ölkə ilə bağlı hər an vəziyyət dəyişə bilər və hakimiyyət də buna hazır olmalıdır.

 

Xəbəri hilal.az saytından alın.