Mənzilləri qısa müddətdə satılan “Avant Park”ın 2-ci mərhələsi “Avant Vista” tikilir - 8 YENİ BİNA
Tikintisinə 2022 ci ildə start verilən “Avant Park” layihəsi insanlar arasında böyük marağa səbəb oldu, çox qısa zamanda satıldı. Buna səbəb yaşayış kompleksinin sağlam və rahat həyat tərzini özündə birləşdirən xüsusi konsepsiyası, yerləşdiyi ərazi oldu.
Çoxsaylı alıcı sorğularını nəzərə alaraq tikinti şirkəti layihənin 8 binadan ibarət yeni fazası "Avant Vista"nın inşasına başlayıb. İki kompleksin ümilikdə əhatə etdiyi 7.5 hektara yaxın ərazidə sakinlərin sağlam və rahat həyat tərzinini təmin etmək üçün geniş infrastrukturun yaradılması nəzərdə tutulub. Yaşıllıqlarla əhatə olunmuş geniş həyət və içtimai iaşə obyektləri üçün böyük sərbəst bir sahə qalır.
Şəhərin ən hündür ərazilərindən birində, Yasamal rayonu Abbas Mirzə Şərifzadə 241 ünvanında yerləşən “Avant” yeni şəhərsalma normaları və müasir tikinti, memarlıq standartlarına riayət olunaraq hazırda inşa edilir.
Geniş infrastrukturlu və çoxfunksiyalı şəhərcik konseptini tamamlamaq üçün “Avant” kiçik detallarına qədər öncədən düşünülüb. Sakinlərin aktiv istirahəti üçün düşünülmüş açıq havada idman meydançası, geniş yaşıllıqlar arasında uşaqlar üçün oyun meydançası, kompleksin perimetri boyunca qaçış və velosiped zolaqları, spa və fitnes mərkəzi, böyük üzgüçülük hovuzu sağlam və rahat həyat tərzini tam təmin edir. Daxili infrastrukturu tamamlamaq üçün isə 2 mərtəbəli uşaq bağçası, geniş yeraltı avtodaynacaq, kinoteatr və alış veriş mərkəzləri yaşayış kompleksinin sakinlərinə xidmət göstərəcək.
Bunlardan əlavə “Avant Group” 24 ay müddətinə heç bir faiz ödəmədən daxili kreditlə və 20 ilədək ipoteka ilə təmirli mənzilləri əldə etmək imkanıda yaradır.
Daha ətraflı məlumat üçün:
Qısa nömrə *0241
050 241 04 50