Ümumi hüquqi dəstək

Ümumi hüquqi dəstək

Korporativ müştərilərimizə gündəlik fəaliyyətinin tam hüquqi müşayiət olunması ilə bağlı ümumi hüquqi dəstək  xidmətləri göstəririk.

 

Bunlara daxildir:

-Müxtəlif növ sənədlərin (müqavilələr, əlavə razılaşmalar, aktlar, əmrlər, rəsmi yazışmalar, protokollar, hesabatlar və digər sənədlər) tərtib olunması;

-Korporativ hüquq fəaliyyət ilə bağlı olan, təlimat, qayda və iş prosedurları hazırlamaq və bu normativ sənədlərin təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək.

-Nizamnamə və idarəetmə orqanlarının əsasnamələrinin, bu sənədlərə əlavə və dəyişikliklərin hazırlanmasını həyata keçirmək, onların  müvafiq dövlət orqanlarında qeydiyyata alınmasını təmin etmək.

-Müxtəlif növ sənədlərin hüquqi ekspertizası, onlara dair hüquqi rəylərin verilməsi;

-Müştərilərimizin müxtəlif qurumlar və şəxslər qarşısında təmsil olunması;

-Hüquqi yanaşma tələb edən görüşlərdə birgə iştirak;

-Müştərilərimizin cari fəaliyyəti ilə əlaqəli olan bütün digər gündəlik məsələlərin hüquqi tənzimlənməsi. 

-Potensial biznes riskləri ilə bağlı məsləhətlərin verilməsi

Top