xəbər və məqalə portalı
18 Avqust 2023 56

Vəkillər Kollegiyası açıq tender elan edir.

Vəkillər Kollegiyası açıq tender elan edir.

Azərbaycan Respublikasının Vəkillər Kollegiyası tərəfindən 

“Gəncə şəhərində regional vəkil qurumunun fəaliyyəti üçün nəzərdə tutulan

inzibati binanın (binanın memarlıq abidəsi hissəsinin FASAD İŞLƏRİ istisna olmaqla) təmiri işləri”nin satınalınması üzrə açıq tender elan edilir. 

 

TENDER ELANI

 

I.Tender predmetinin adı: “Gəncə şəhərində regional vəkil qurumunun fəaliyyəti üçün nəzərdə     

 tutulan inzibati binanın (binanın tarixi hissəsinin FASAD İŞLƏRİ istisna olmaqla) təmiri işləri”nin 

satınalınması

 

Təmir işlərinin aparılması nəzərdə tutulan ünvan və obyekt: Gəncə şəhəri, Həsən Əliyev küçəsi  

49 ünvanında yerləşən Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının əvəzsiz istifadəsində  

olan ümumi sahəsi 718,3 kv.m olan (mərtəbəlilik 3 və 1) inzibati bina 

 

Qeyd olunan inzibati binanın mərtəbəliliyi 1 olan hissəsi Azərbaycan Respublikası Nazirlər 

Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dünya əhəmiyyətli 

daşınmaz tarix və mədəniyyət abidələrinin Siyahısı”nda memarlıq abidəsi kimi (yerli əhəmiyyətli  

memarlıq abidəsi – “Yaşayış evi” XIX əsrə aiddir, inventar №3927-dir) təsbit olunmuşdur. Abidə 

dövlət tərəfindən qorunur. 

 

Bu baxımdan təmir işləri aparılarkən “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” 

Azərbaycan Respublikası Qanununun tələblərinə xüsusilə əməl edilməli və memarlıq abidəsinə hər 

hansı xələl gətirilməməlidir. Vurulmuş ziyana görə iddiaçı (podratçı) birbaşa məsuliyyət  

daşıyacaqdır.

 

Tender iştirakçılarına (iddiaçılara, podratçılara) təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, 

imzalanmış şəkildə ikiqat qapalı zərflərdə yazılı surətdə Vəkillər Kollegiyası Rəyasət Heyətinin 

Aparatına (ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi 100) təqdim etsinlər.

Müqavilənin icrasını təmin etmək üçün iddiaçılar (podratçılar) lazımi maliyyə və texniki imkanlara 

malik olmalıdırlar.

 

II.İştirak haqqı və onun ödənilməsi

Tenderdə iştirak etmək istəyən iddiaçılar (podratçılar) iştirak haqqını tam məbləğdə aşağıda 

göstərilən hesaba köçürdükdən sonra tenderin əsas şərtlər toplusunu Bakı şəhəri, Nərimanov 

rayonu, Ceyhun Hacıbəyli küçəsi 100 ünvanından ala bilərlər. 

 

İştirak haqqının məbləği 900,00 (doqquz yüz) manatdır.

İştirak haqqı heç bir halda iddiaçıya geri qaytarılmır.

Tenderdə iştirak haqqının ödənilməsi üçün satınalan təşkilatın bank rekvizitləri aşağıdakı kimidir:

Satınalan təşkilat: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyəti

Hesab:AZ56IBAZ38090019449331108204

Təşkilatın VOEN-i:1400546811

Hüquqi ünvan: Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi 32

Faktiki ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi 100

Bank: “Azərbaycan Beynəlxalq Bankı" ASC-nin Mərkəzi filialı

Kod:805722

Bankın VOEN-i: 9900001881

Müxbir hesab: AZ03NABZ01350100000000002944

S.W.İ.F.T BİK: IBAZAZ2X

 

 

III.Satınalma (tender) üzrə maliyyə mənbəyi

“Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə 

əsasən Vəkillər Kollegiyası qeyri-dövlət, müstəqil, özünü idarə edən və bütün vəkillərin daxil 

olduğu hüquqi şəxsdir.

Satınalma Azərbaycan Respublikası Vəkillər Kollegiyasının vəsaiti hesabına həyata keçiriləcəkdir.

   

 

IV.Təqdim olunmalı sənədlər barədə

 

İddiaçılar (podratçılar) tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər: 

 

1) Tender prosedurunda iştirak etmək üçün yazılı müraciət (müraciətdə iddiaçının tam adı, hüquqi 

statusu, hüquqi və faktiki ünvanı, qeydiyyata alındığı ölkə barədə məlumatlar qeyd olunmalı, habelə müraciət səlahiyyətli şəxs tərəfindən imzalanmalı və möhürlənməlidir);

 

2) Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi (sənədin üzərinə bankın ştampı və ya 

möhürü vurulmalıdır);

 

3) İddiaçının rekvizitləri (sənədin üzərinə bankın ştampı və ya möhürü vurulmalıdır);

 

4) İddiaçının vergi orqanında qeydiyyata alınmasına dair və təsisçilərinin adları əks olunan dövlət 

reyestrindən çıxarışlarının; nizamnaməsinin (hüquqi şəxslər üçün); əgər təsisçi direktor deyilsə, 

direktorun təyin edilməsi barədə əmrin və əmək müqaviləsi bildirişinin və vergi uçotunda 

olduğunu təsdiq edən sənədin (VÖEN-nin) surəti (bütün sənədlər notarial qaydada, bu tender 

elanından sonrakı tarixdə təsdiq edilməlidir, əmrin surətinin notarial qaydada təsdiqinə zərurət yoxdur);

 

5) İddiaçının tikinti işlərinin həyata keçirilməsinə dair malik olduğu lisenziya və ya icazə 

sənədlərinin notarial qaydada, bu tender elanından sonrakı tarixdə təsdiq olunmuş surətləri;

 

6) İddiaçının Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə 

yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət 

nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən 

edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması barədə Arayış (Arayış və ya 

məktub müvafiq vergi orqanından cari tarix (tender elanından sonrakı tarix) üçün alınmalı və notarial 

qaydada, bu tender elanından sonrakı tarixdə təsdiq olunmalıdır);

 

7) İddiaçının öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə 

qabiliyyəti olması, müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş 

girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması 

barədə Arayışlar (Yüklülüyün olmaması barədə arayış (məktub) müvafiq vergi orqanından cari tarix 

(tender elanından sonrakı tarix) üçün alınmalı və notarial qaydada, bu tender elanından sonrakı tarixdə 

təsdiq olunmalı, digər arayış (məktub) isə Ədliyyə Nazirliyinin müvafiq icra və probasiya şöbəsindən cari 

tarix (tender elanından sonrakı tarix) üçün alınmalı və notarial qaydada, bu tender elanından sonrakı 

tarixdə təsdiq olunmalıdır);

 

8) Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində direktorun, təsisçilərin və 

işçilərinin peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas 

göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların 

müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə 

cari tarixə (tender elanından sonrakı tarixə) Arayış (iddiaçı direktor, bütün təsisçilər və ən azı 3 işçi ilə 

bağlı Arayışları Daxili İşlər Nazirliyinin müvafiq qurumundan və ya ASAN Xidmət Mərkəzlərindən əldə edə 

bilər, həmin Arayışların əsli Vəkillər Kollegiyasına təqdim edilməlidir);

 

9) İddiaçının mikro, kiçik və ya orta sahibkarlıq subyekti olması barədə sənəd (iddiaçı bu barədə 

məktubu cari tarixə (2023-cü ildə alınan) Dövlət Statistika Komitəsindən almalı və məktubun əslini, əsli 

olmadıqda notarial qaydada, bu tender elanından sonrakı tarixdə təsdiq edilmiş surətini təqdim etməlidir);

 

10) İddiaçının son 1 il 7 ay ərzindəki (01.01.2022-ci il tarixdən 01.08.2023-cü il tarixədək olan 

dövr üzrə) maliyyə vəziyyəti haqqında bank çıxarışı (üzərinə bankın ştampı və ya möhürü vurulmuş 

bank çıxarışı, bank çıxarışı çoxsəhifəli olduqda isə onun hər bir səhifəsinin üzərinə bankın ştampı və ya 

möhürü vurulmalıdır);

 

11) İddiaçının 2022-ci il üzrə fəaliyyəti haqqında vergi orqanları tərəfindən təqdim olunmuş 

maliyyə hesabatlarının (bəyannamələrinin) surətləri (bəyannamələrin surəti notarial qaydada, bu 

tender elanından sonrakı tarixdə təsdiq olunmalıdır); 

  

12) İddiaçının vəkillik, məhkəmə və ya ədliyyə sahəsi üzrə ayrıca inzibati binaların tikintisində 

kifayət qədər təcrübəyə malik olmasını təsdiq edən sənədlərin surəti (iddiaçı sübut üçün ayrı-ayrı 

təşkilatlarla bağladığı satınalma müqavilələrinin surətini təqdim etməlidir, digər tərəflərin kommersiya 

sirrinin qorunması məqsədilə həmin müqavilələrdə qiymət hissələri çıxarıla (göstərilməyə) bilər);

13) İddiaçının işçi qüvvəsinə malik olması barədə sənədlər, habelə iddiaçının texniki-istehsalat 

(işinin əsas istiqamətləri) fəaliyyəti, satınalma müqaviləsinin icrasını təmin etmək üçün 

müvafiq sahədə peşəkarlığının, təcrübəsinin və texniki imkanlarının, işçi qüvvəsinin, idarəetmə 

səriştəsinin, etibarlılığının olması barədə məlumatlar (ən azı 5 işçi barədə əmək müqaviləsi 

bildirişlərinin surəti və bu bəndə aid digər müvafiq təsdiqedici sənədlər təqdim olunmalıdır);

14) Tenderin əsas şərtlər toplusunda göstərilən digər sənədlər (tender təklifi, tender təklifinin təminatı 

ilə əlaqədar bank qarantiyası). 

 

Sənədlər Azərbaycan dilində 2 nüsxədə (1 nüsxə əsli və 1 nüsxə surəti) təqdim edilməlidir (xarici 

dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə edilməli və həmin tərcümə notarial qaydada, bu tender 

elanından sonrakı tarixdə təsdiq edilməlidir).  

 

V. Tender iştirakçısının (iddiaçının, podratçının) “sanksiya tətbiq olunmalı şəxslər” sırasında 

olmaması

Tender iştirakçısının (iddiaçının, podratçının) və ya onun işçi qüvvəsindən hər hansı şəxsin 

Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinin rəsmi internet səhifəsində 

(https://www.fiu.az/sanctions) mövcud olan “sanksiya tətbiq olunmalı şəxslər” sırasında olduğu 

aşkar edildikdə, həmin tender iştirakçısı dərhal tenderdən kənarlaşdırılacaqdır.

 

VI.Sənədlərin təqdim edilməsi prosedurları və zərflərin açılması

  

İddiaçılar tərəfindən sənədlər ikiqat qapalı, möhürlənmiş və imzalanmış zərfdə Vəkillər Kollegiyası 

Rəyasət Heyətinin Aparatına təqdim olunmalıdır. Yazılı müraciətlər və digər müşayiət məktubları 

qapalı zərflərə daxil edilmir və həmin müraciətlər (müşayiət məktubları) iddiaçılar tərəfindən 

qapalı zərfin üzərinə tikilir. Əks təqdirdə, satınalan təşkilat bununla bağlı məsuliyyət daşımır.

İddiaçılar bu Tender elanının IV hissəsinin 1-13-cü bəndlərində göstərilən bütün sənədləri 

30.08.2023-cü il saat 18:00-a qədər, bu Tender elanın IV hissəsinin 14-cü bəndində göstərilən 

tender təklifini, tender təklifinin və satınalma müqaviləsinin yerinə yetirilməsi təminatlarını isə 

09.09.2023-cü il saat 15:00-a qədər Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi 100 

ünvanında yerləşən Vəkillər Kollegiyası Rəyasət Heyətinin Aparatına təqdim etməlidirlər.

 

Yuxarıda göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. 

İddiaçıların təklifləri 11.09.2023-cü il saat 15:00 tarixində Bakı şəhəri, Nərimanov rayonu, 

Ceyhun Hacıbəyli küçəsi 100 ünvanında yerləşən Vəkillər Kollegiyası Rəyasət Heyətinin 

Aparatında Vəkillər Kollegiyasının Tender Komissiyası tərəfindən açılacaqdır.

 

Açılışda iddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər. 

Əlaqələndirici şəxs: Cəmilə Səfərli, 

Telefon: 012-594-14-95, E-mail: [email protected] 

 

Vəkillər Kollegiyasının Tender Komissiyası

 

Ən son xəbərlər Hilal.az saytında