xəbər və məqalə portalı
09 Oktyabr 2023 545

Şuşanın Quşçular kəndində 5 hektar sahədə kultivasiya edilmiş növbəti narkotik plantasiyası aşkarlanıb

Şuşanın Quşçular kəndində 5 hektar sahədə kultivasiya edilmiş növbəti narkotik plantasiyası aşkarlanıb

Qarabağda qanunsuz erməni silahlı birləşmələrinə qarşı həyata keçirilmiş antiterror tədbirlərindən sonra bölgədə kütləvi olaraq narkotik tərkibli bitkilərin əkildiyi plantasiyaların aşkar olunması barədə məlumatlar verilib.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, polis əməkdaşları tərəfindən Xocalı, Ağdam rayonları ilə yanaşı, Şuşanın Quşçular kəndi ərazisində də təsərrüfat sahələrinin birində 5 hektar sahədə çətənə kolu plantasiyası aşkarlanıb. Fermer təsərrüfatı adı altında fəaliyyət göstərmiş plantasiyada yetişdirilən narkotik tərkibli bitkilərə mütəxəssislərin iştirakı ilə baxış keçirilib. Müəyyən edilib ki, həmin ərazidə çətənə kolunun sativa və digər qarışıq növləri aqrotexniki üsulla xüsusi qulluq olunaraq yetişdirilib.

Araşdırmalar davam etdirilir.

 

Xəbəri Hilal.az saytından alın.

https://hilal.az/