Milli Məclisin bu gün keçirilən plenar iclasına Rəqabət Məcəlləsi müzakirəyə çıxarılıb.
Rəqabət Məcəlləsi Azərbaycan Respublikası Prezidentinin qanunvericilik təşəbbüsü ilə sentyabrın 7-də Milli Məclisə daxil olub.
Məcəllənin layihəsi 12 fəsil 84 maddədən ibarətdir.
Rəqabət Məcəlləsinin qəbul olunması ölkə iqtisadiyyatının inkişafı, biznes mühitinin əlverişliliyinin artırılması, azad sahibkarlığın təşviqi baxımından mühüm əhəmiyyət kəsb etməklə, ölkədə sahibkarların sağlam rəqabət şəraitində fəaliyyətinin hüquqi əsaslarını müəyyən edəcək. Yeni məcəllə, eyni zamanda istehlakçıların hüquqlarının müdafiəsini, məhsul və xidmətlərin keyfiyyətinin daha da artırılmasını hədəfləyir.
Müzakirələrdən sonra layihə səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.
Xəbəri Hilal.az saytından alın.
FİŞİNQ ANLAYIŞI VƏ FİŞİNQƏ QARŞI MÜBARİZƏ
Vətən Atalızadə yazır: "Kibercinayətkarlardan necə qorunaq?"
Bu gün Vaşinqtonda Hüseyn Cavidin anım günü elan olunub
“CIDC-2023” kibermüharibə yarışı
Bakı Media Mərkəzi Hacı Zeynalabdin Tağıyev haqqında film çəkir
Azərbaycan və Türkiyənin aviasiya vasitələri birgə hava kəşfiyyatı aparıb
Fransanın Ermənistana silah satışı Azərbaycana qarşı düşmənçilikdir
Vəkillər Kollegiyası Rəyasət Heyətinin iclasında bir sıra qərarlar qəbul edilib
Əkbər Yusifoğlunun təqdimatında "Qanun və İcra” proqramı
“Muğan Bank”ın lisenziyası ləğv edilib