xəbər və məqalə portalı
27 İyun 2023 133

Qismət Rüstəmov - gecənin şeiri

Qismət Rüstəmov - gecənin şeiri

Bağışlanma

 

Özünə məhkum olduqca

özün cavablar verdikcə öz suallarına

çəpərlərin böyüyər, hasarların ucalar

adamlar o tayda qalar,

sən eynəklərinin arxasında...

 

mən tütünlər çəkib şərablar içmiş,

dənizlərdə günəşlər batırmış adamam.

özündən yaxşı heç kim aldatmır adamı...

 

hara gedirəm gedim

harda gizlənirəm gizlənim

elə hey arxamca düşür

yeni günün axşamı.

Amma bilirəm

gün gələcək uduzacaq eynəklər gözlərə,

şairlər sözlərə uduzacaq gün gələcək

səslər qulaqları bağışlayacaq,

yollar ayaqları.

Allah uşaqları...