Qənirə Paşayeva dəfn olunub. Onun cənazəsi İkinci Fəxri xiyabanda torpağa tapşırılıb.
Dəfn mərasimində dövlət rəsmiləri, Milli Məclisin deputatları, ictimaiyyət nümayəndələri və mərhumənin yaxınları iştirak ediblər.
Qeyd edək ki, Milli Məclisin deputatı Qənirə Paşayeva müalicə olunduğu Mərkəzi Klinik Xəstəxanada vəfat edib.
Naməlum mənşəli hipotonik vəziyyət diaqnozu qoyulan Q.Paşayevanın səhhətindəki kritik durumla əlaqədar Mərkəzi Klinik Xəstəxananın həkim personalı və Türkiyədən cəlb edilmiş həkim mütəxəssislər tərəfindən görülmüş bütün zəruri tədbirlərə baxmayaraq deputatın həyatını xilas etmək mümkün olmayıb.
Deputat səhhətində yaranmış ciddi problemlərlə əlaqədar sentyabrın 23-dən Mərkəzi Klinik Xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilmişdi.
Xatırladaq ki, Qənirə Ələsgər qızı Paşayeva 1975-ci il martın 24-də Tovuz rayonunun Düz Qırıqlı kəndində anadan olub.
Azərbaycan Dövlət Tibb Universitetinin Pediatriya və Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq fakültələrini bitirib. Siyasi elmlər üzrə fəlsəfə doktoru, professor olub.
1998-ci ildən “ANS” televiziya şirkətinin Xəbərlər xidmətində reportyor, müxbir, redaktor, aparıcı redaktor, baş aparıcı redaktor, baş redaktorun müavini, Xəbərlər redaksiyası baş redaktorunun müavini vəzifələrində çalışıb. 2005-2012-ci illərdə Heydər Əliyev Fondunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri olub, 2012-2015-ci illərdə “Odlar Yurdu” Universitetinin Siyasi elmlər kafedrasına rəhbərlik edib.
Milli Məclisin Mədəniyyət komitəsinin sədri idi.
Allah rəhmət eləsin!
Xəbəri Hilal.az saytından alın.
FİŞİNQ ANLAYIŞI VƏ FİŞİNQƏ QARŞI MÜBARİZƏ
Vətən Atalızadə yazır: "Kibercinayətkarlardan necə qorunaq?"
Bu gün Vaşinqtonda Hüseyn Cavidin anım günü elan olunub
“CIDC-2023” kibermüharibə yarışı
Bakı Media Mərkəzi Hacı Zeynalabdin Tağıyev haqqında film çəkir
Azərbaycan və Türkiyənin aviasiya vasitələri birgə hava kəşfiyyatı aparıb
Fransanın Ermənistana silah satışı Azərbaycana qarşı düşmənçilikdir
Vəkillər Kollegiyası Rəyasət Heyətinin iclasında bir sıra qərarlar qəbul edilib
Əkbər Yusifoğlunun təqdimatında "Qanun və İcra” proqramı
“Muğan Bank”ın lisenziyası ləğv edilib