xəbər və məqalə portalı
18 Sentyabr 2023 409

Qaxlı fermerlər emal məntəqələrinə 2326 ton yaş tütün təhvil veriblər

Qaxlı fermerlər emal məntəqələrinə 2326 ton yaş tütün təhvil veriblər

Qax rayonunun təsərrüfatlarında tütün yığımı davam edir. Fermerlər mövsümün əvvəlindən indiyədək Qax, Zaqatala və Şəki rayonlarındakı tütün istehsalı və emalı məntəqələrinə 2326 ton yaş tütün təhvil veriblər. Eyni zamanda, emal məntəqələrində bu günədək yaş tütün kütləsindən 290 ton quru tütün istehsal olunub.

Bu barədə mətbuata Qax Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Eyvaz Aslanov məlumat verib.

Sektor müdiri bildirib ki, builki mövsümdə Qax rayonunun fermerləri 450,5 hektar sahədə tütün yetişdiriblər. Cari mövsümdə rayonda “Azərtütün” ASC tərəfindən 127,6 hektar, “TES AGRO” şirkəti tərəfindən 128 hektar, Yaponiyanın “Tet İnternational Development” şirkətinin törəmə müəssisəsi olan “Zaqatala AGRO İndustry” MMC tərəfindən 120,2 hektar, digər müəssisələr və fərdi istehsalçılar tərəfindən isə 74,7 hektar sahədə tütün əkilib. Tütün istehsalı ilə əlaqədar 36 fermerlə müqavilə bağlanılıb.

Xatırladaq ki, qaxlı fermerlər ötən il 373,3 hektar sahədən 408 ton quru tütün əldə ediblər.

 

Xəbəri Hilal.az saytından alın.

https://hilal.az/