Azərbaycan Dövlət Tərcümə Mərkəzi Gürcüstan Yazıçılar Evinin qrant layihəsi çərçivəsində gürcü poeziyasının klassiki, şair Akaki Seretelinin seçmə poetik nümunələrinin toplandığı “Mənim nəğmələrim” adlı şeirlər kitabını nəşr edib.
“Akaki Seretelinin özü və sözü haqqında” adlı ön sözlə açılan kitaba şairin Vətən, təbiət, həyat, ölüm, məhəbbət, eləcə də digər mövzularda qələmə aldığı “Son nəfəsdə”, “Müqəddəs Nino”, “Tərbiyəçi” poemaları, “Çal saçlar”, “Bahar”, “Sübh çağı”, “Coş, ey dəniz!”, “Arzu”, “Sirli namə”, “Yarasa”, “Xəncər” kimi şeirləri daxil edilib.
Akaki Seretelinin yaradıcılığı Azərbaycanın dövri mətbuatında yayımlansa da, kitab halında yerli oxuculara ilk dəfə təqdim edilir.
Kitabın ön sözünün, poema və şeirlərin orijinaldan tərcümə müəllifi – tanınmış şair-tərcüməçi İmir Məmmədli, redaktoru Şəfiqə Şəfadır.
Kitabı yaxın günlərdə aşağıdakı kitab evləri və mağazalarından əldə etmək olar:
“Libraff”
“Kitabevim.az”
“Akademkitab”
“Akademiya” kitab evi
“Baku Book Center”
“BookZone” kitab evi
“Çıraq” kitab evi
“Çinar” kitab evi
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kitab Evi
Azərbaycan Dillər Universitetinin satış köşkü.
Xəbəri Hilal.az saytından alın.
Azərbaycanın Mərkəzi hakimiyyəti Qarabağda yaşayan erməni əhaliyə ərzaq yükü göndərir
Güləş üzrə Dünya çempionatında 3 final
Ceyhun Bayramov BMT TŞ-nın iclasında çıxış edib - TAM MƏTN
Qarabağın erməni icmasının nümayəndələri ilə Yevlaxda keçirilən görüş başa çatıb
Gələn il dövlət büdcəsi 33,7 milyard manat nəzərdə tutulur
Prezidentin Mətbuat Xidmətinin məlumatı
Qarabağdakı erməni separatçıları ağ bayraq qaldırıb və təslim olublar
Prezidentin Mətbuat Xidmətinin məlumatı
Ombudsman beynəlxalq ictimaiyyəti Ermənistanın mina terroruna reaksiya verməyə çağırıb
Media nümayəndələri üçün “Müharibə dövründə dezinformasiya və kibertəhlükəsizlik” mövzusunda təlim keçirilib