xəbər və məqalə portalı
16 Oktyabr 2023 551

İmişlidə yol qəzası zamanı xəsarət alanların kimliyi məlum olub

İmişlidə yol qəzası zamanı xəsarət alanların kimliyi məlum olub

İmişli rayonunda yol nəqliyyat hadisəsi baş verib. Qəza zamanı 3 nəfər xəsarət alıb.

Qəza saat 22 radələrində İmişli rayonu Murğuzallı kəndi ərazisində qeydə alınıb.

Hadisə zamanı "Vaz-2106" markalı minik maşını və "BMW" markalı minik avtomobili toqquşub. Qəza nəticəsində "Vaz-2106" markalı avtomobilin sürücüsü 1955-ci il təvəllüdlü Şakir Əbilov və avtomobildə olan onun nəvələri 2008-ci il təvəllüdlü Əbilova Rəvanə Əfraz qızı, 2006-cı il təvəllüdlü Əbilov Rövşən Əfraz oğlu müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılar İmişli rayon mərkəzi xəstəxanasına yerləşdirilib sürücünün vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

 

Xəbəri Hilal.az saytından alın.

https://hilal.az/