Gəncə Şəhər Baş Polis İdarəsi və onun tabeli qurumlarının əməkdaşları şəhər ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin ifşa olunması istiqamətində bir sıra səmərəli tədbirlər həyata keçirib.
DİN-in mətbuat xidmətinin Gəncə regional qrupundan mətbuata verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 23 şəxs saxlanılıb. Həmin tədbirlər nəticəsində saxlanılaraq aidiyyəti üzrə polis orqanlarına gətirilən şəxslərin üzərindən çeşidli narkotik və psixotrop maddələr o cümlədən güclü təsir edici narkotik vasitələr aşkar olunaraq qanunsuz dövriyyədən çıxarılıb. Saxlanılan şəxslər barəsində toplanılmış materiallar Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinə təqdim edilib.
Hazırda bu qəbildən olan tədbirlər davam etdirilir.
Xəbəri Hilal.az saytından alın.
FİŞİNQ ANLAYIŞI VƏ FİŞİNQƏ QARŞI MÜBARİZƏ
Vətən Atalızadə yazır: "Kibercinayətkarlardan necə qorunaq?"
Bu gün Vaşinqtonda Hüseyn Cavidin anım günü elan olunub
“CIDC-2023” kibermüharibə yarışı
Bakı Media Mərkəzi Hacı Zeynalabdin Tağıyev haqqında film çəkir
Azərbaycan və Türkiyənin aviasiya vasitələri birgə hava kəşfiyyatı aparıb
Fransanın Ermənistana silah satışı Azərbaycana qarşı düşmənçilikdir
Vəkillər Kollegiyası Rəyasət Heyətinin iclasında bir sıra qərarlar qəbul edilib
Əkbər Yusifoğlunun təqdimatında "Qanun və İcra” proqramı
“Muğan Bank”ın lisenziyası ləğv edilib