Hilal.az informasiya portalı Azərbaycan ədəbiyyatında, eləcə də gənclərdə stimul yaratmaq üçün "Gənc yazarlara dəstək” layihəsinə start verir.
Gənc yazar Rəhimova Nigar Rövşən qızının rəhbəri olduğu bu layihə 16-35 yaş aralığında şəxsləri əhatə edəcək. Lahiyənin məqsədinə uyğun olaraq kiçik oxucu kütləsinə malik, yaxud heç tanınmayan həvəskar müəlliflərə üstünlük veriləcək.
İştirak etmək istəyən gənclər öz yazılarını qeyd edilən ünvana göndərməlidirlər. Seçilən şəxslərin hər biriylə kiçik tanışlıq müsahibəsi aparılacaq, ən yaxşı mətn nümunələrindən biri (poeziya nümunəsidirsə bir neçəsi ola bilər) saytda yayımlanacaq.
Göndərilən materiallar Azərbaycan hərfləri ilə, bütün orfoqrafik və qrammatik qaydalara riayət etmək şərtilə yazılmalı və hər hansı dini, irqi, siyasi, radikal fikirləri ehtiva etməməlidir
Lahiyə ilə maraqlanan gənc şair və yazıçılar öz əsərlərini qısa tərcümeyi-halla birlikdə [email protected] ünvanına, yaxud 055 698-98-11 whatsapp nömrəsinə göndərə bilərlər.
Qeyd edək ki, lahiyənin növbəti mərhələsində toplanan ən yaxşı mətnlərdən ibarət kitabın çapı planlaşdırılır.
P.S. “Hilal.az” mətnlərin redaktə, yayım və çap hüququnu özündə saxlayır.
Azərbaycanın Mərkəzi hakimiyyəti Qarabağda yaşayan erməni əhaliyə ərzaq yükü göndərir
Güləş üzrə Dünya çempionatında 3 final
Ceyhun Bayramov BMT TŞ-nın iclasında çıxış edib - TAM MƏTN
Qarabağın erməni icmasının nümayəndələri ilə Yevlaxda keçirilən görüş başa çatıb
Gələn il dövlət büdcəsi 33,7 milyard manat nəzərdə tutulur
Prezidentin Mətbuat Xidmətinin məlumatı
Qarabağdakı erməni separatçıları ağ bayraq qaldırıb və təslim olublar
Prezidentin Mətbuat Xidmətinin məlumatı
Ombudsman beynəlxalq ictimaiyyəti Ermənistanın mina terroruna reaksiya verməyə çağırıb
Media nümayəndələri üçün “Müharibə dövründə dezinformasiya və kibertəhlükəsizlik” mövzusunda təlim keçirilib