Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq bölgələrdə səyyar qəbulların keçirilməsi vətəndaş məmnunluğu doğurmaqla əhaliyə layiqli xidmət göstərilməsinə, onların müraciətlərinə yerində baxılaraq təmin olunmasına xidmət edir.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, avqustun 31-də ədliyyə naziri Fikrət Məmmədov tərəfindən Şamaxıda keçirilmiş səyyar görüşdə Şamaxı, İsmayıllı, Qobustan və digər rayonlardan olan vətəndaşlar iştirak ediblər.
Görüşdən əvvəl Fikrət Məmmədov Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyaraq, əziz xatirəsinə dərin ehtiramını bildirib.
Sonra vətəndaşların ədliyyə fəaliyyəti ilə bağlı müraciətləri dinlənilib, qaldırılan məsələlərə dair aidiyyəti tapşırıqlar verilib. Bu zaman Vətən müharibəsi iştirakçılarının və şəhid ailələrinin qayğılarına xüsusi həssaslıqla yanaşılıb.
Səfər çərçivəsində nazir, həmçinin yerli ədliyyə orqanlarına və məhkəməyə baş çəkərək iş şəraiti ilə tanış olub, ədliyyə işçiləri və hakimlərlə görüşüb.
Görüşdə “Heydər Əliyev İli” çərçivəsində Ümummilli Liderin 100 illiyinə həsr olunan silsilə tədbirlərdən bəhs olunaraq təməli Ulu Öndər tərəfindən qoyulan və dövlətimizin başçısının müasir çağırışlara uyğun həyata keçirdiyi ədliyyə və məhkəmə islahatlarından danışılıb, qarşıda duran vəzifələr diqqətə çatdırılaraq, müvafiq tapşırıq və tövsiyələr verilib.
Xəbəri Hilal.az saytından alın.
Azərbaycanın Mərkəzi hakimiyyəti Qarabağda yaşayan erməni əhaliyə ərzaq yükü göndərir
Güləş üzrə Dünya çempionatında 3 final
Ceyhun Bayramov BMT TŞ-nın iclasında çıxış edib - TAM MƏTN
Qarabağın erməni icmasının nümayəndələri ilə Yevlaxda keçirilən görüş başa çatıb
Gələn il dövlət büdcəsi 33,7 milyard manat nəzərdə tutulur
Prezidentin Mətbuat Xidmətinin məlumatı
Qarabağdakı erməni separatçıları ağ bayraq qaldırıb və təslim olublar
Prezidentin Mətbuat Xidmətinin məlumatı
Ombudsman beynəlxalq ictimaiyyəti Ermənistanın mina terroruna reaksiya verməyə çağırıb
Media nümayəndələri üçün “Müharibə dövründə dezinformasiya və kibertəhlükəsizlik” mövzusunda təlim keçirilib