2024-cü il yanvarın 1-dən etibarən vergi ödəyicilərinin e-taxes.gov.az portalında elektron kabinetlərinə vergi orqanı tərəfindən verilmiş kod-paroldan istifadə etməklə daxil olmaq imkanları məhdudlaşdırılacaq. Vergi ödəyiciləri elektron kabinetə yalnız gücləndirilmiş elektron imza vasitələrindən istifadə etməklə daxil ola biləcəklər.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) tabeliyində olan “AzInTelecom” MMC tərəfindən yaradılmış SİMA Token gücləndirilmiş elektron imza vergi ödəyiciləri üçün rahat və təhlükəsiz giriş imkanı təqdim edib.
SİMA Token ilə e-taxes.gov.az saytında elektron kabinetə daxil olaraq bütün xidmətlərin icrasını həyata keçirmək mümkündür. Bura vergi bəyannamələrinin elektron qaydada təqdim edilməsi, “Əmək müqaviləsi Bildirişi”nin elektron qeydiyyata alınması, mal, iş və xidmətlərlə bağlı elektron qaimə-faktura göndərilməsi və digər elektron xidmətləri aid etmək olar.
Qeyd edək ki, SİMA Token “AzInTelecom” MMC-nin yaratdığı SİMA rəqəmsal həllər platformasına daxildir. İmza tələb edilən bütün sahələrdə tətbiqi mümkün olan SİMA Tokeni vətəndaşlar, hüquqi şəxslər, sahibkarlar və dövlət qurumları əldə edə bilərlər.
SİMA Token imza sertifikatı birdəfəlik ödəniş əsasında 3 illik verilir və aylıq ödənişə ehtiyac yoxdur. Üç iş günü ərzində hazır olan imza sertifikatının alınması zamanı vaxt itkisinin aradan qaldırılması məqsədilə token.sima.az saytı vasitəsilə onlayn müraciət imkanı mövcuddur. Həmçinin vətəndaşlar Bakı şəhərində Üzeyir Hacıbəyli küçəsi 72 ünvanında yerləşən Mərkəzi Poçt Şöbəsindən, bölgələrdə isə poçt şöbələrinə müraciət edərək SİMA Token əldə edə bilərlər.
İstifadəçilər SİMA Token imza sertifikatının itirilməsi, oğurlanması, texniki zədələnməsi hallarında, eləcə də digər çətinlik və suallarla əlaqədar “AzInTelecom” MMC-nin “157” Çağrı Mərkəzinə zəng edə bilərlər.
Xəbəri Hilal.az saytından alın.
Azərbaycanın Mərkəzi hakimiyyəti Qarabağda yaşayan erməni əhaliyə ərzaq yükü göndərir
Güləş üzrə Dünya çempionatında 3 final
Ceyhun Bayramov BMT TŞ-nın iclasında çıxış edib - TAM MƏTN
Qarabağın erməni icmasının nümayəndələri ilə Yevlaxda keçirilən görüş başa çatıb
Gələn il dövlət büdcəsi 33,7 milyard manat nəzərdə tutulur
Prezidentin Mətbuat Xidmətinin məlumatı
Qarabağdakı erməni separatçıları ağ bayraq qaldırıb və təslim olublar
Prezidentin Mətbuat Xidmətinin məlumatı
Ombudsman beynəlxalq ictimaiyyəti Ermənistanın mina terroruna reaksiya verməyə çağırıb
Media nümayəndələri üçün “Müharibə dövründə dezinformasiya və kibertəhlükəsizlik” mövzusunda təlim keçirilib