xəbər və məqalə portalı
18 Sentyabr 2023 402

Dünya çempionatı: Azərbaycan güləşçisi finala yüksəlib

Dünya çempionatı: Azərbaycan güləşçisi finala yüksəlib

Azərbaycanın sərbəst güləşçisi Osman Nurmaqomedov Serbiyanın paytaxtı Belqradda keçirilən lisenziya xarakterli dünya çempionatında finala yüksəlib.

92 kq çəki dərəcəsində çıxış edən idmançı bütün rəqiblərini məğlub edərək, həlledici görüşə vəsiqə qazanıb.

O, sentyabrın 18-də finalda qazaxıstanlı Rizabek Aytmuxanla qarşılaşacaq.

Yarışın ikinci günündə mübarizəyə qoşulan Turan Bayramov (74 kq) və Orxan Abasov (79 kq) yarımfinala qədər irəliləsələr də, finala adlaya bilməyiblər. Onlar bürünc medal uğrunda yarışacaqlar.

57 kq çəki dərəcəsində çıxış edən Əliabbas Rzazadə isə 1/8 finalda məğlub olub.

Qeyd edək ki, lisenziya xarakterli dünya çempionatı sentyabrın 24-də başa çatacaq.

 

Xəbəri Hilal.az saytından alın.

https://hilal.az/