xəbər və məqalə portalı
24 Oktyabr 2023 529

“CIDC-2023” kibermüharibə yarışı

“CIDC-2023” kibermüharibə yarışı

Oktyabrın 26-27-də Bakı Konqres Mərkəzində ölkəmizdə ilk dəfə keçiriləcək “Critical Infrastructure Defence Challenge 2023” (CIDC-2023) kibermüharibə yarışının final mərhələsində 20 komanda yarışacaq.

Bu barədə “Critical Infrastructure Defence Challenge 2023” (CIDC-2023) tədbirinə həsr olunmuş mətbuat konfransında Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin mətbuat katibi Səidə Əhmədova bildirib.

28 tərəfdaşı olan “CIDC-2023” kibermüharibə tədbiri çərçivəsində ödənişsiz ixtisasartırma təlimləri də təşkil olunacaq. Tədbirdə iştirak etmək üçün indiyədək 500-dən çox iştirakçı qeydiyyatdan keçib.

Tədbir çərçivəsində Azərbaycanda ilk dəfə kritik informasiya sistemlərində kiberhücumlardan müdafiə qabiliyyətinin və böhran vəziyyətlərində informasiya sistemlərinin idarəedilməsinin inkişaf etdirilməsi məqsədilə “Kibermüharibə” yarışı keçiriləcək. İştirak edən komandalar kiberhücumların simulyasiyası ilə həyata keçiriləcək yarışda virtual informasiya sistemlərinin təhlükəsizliyini təmin etməli olacaqlar.

Xəbəri Hilal.az saytından alın.

https://hilal.az/