xəbər və məqalə portalı
15 Avqust 2023 49

Bakıda atıcılıq üzrə Dünya çempionatı keçiriləcək

Bakıda atıcılıq üzrə Dünya çempionatı keçiriləcək

Dünyada sonuncu dəfə atıcılıq idman növü üzrə Dünya çempionatı 2018-ci ildə baş tutub.

Bakıda keçiriləcək atıcılıq üzrə 53-cü Dünya çempionatı ərəfəsində təşkil olunan mətbuat konfransında Azərbaycan Atıcılıq Federasiyasının baş katibi Emin Cəfərov deyib ki, uzun zamandan sonra bu idman növündə Dünya çempionatı məhz Bakıda keçirilir: “Atıcılıq üzrə Dünya çempionatında 101 ölkə qeydiyyatdan keçib. Yarışlarda ümumilikdə 1239 idmançı mübarizə aparacaq”.

“Olimpiya və qeyri-olimpiya növü üzrə 55 mükafatlandırma mərasimi olacaq. Bu yarışlarda Paris Yay Olimpiya oyunlarına 48 lisenziya üzrə oynanılacaq. Açılış mərasimimiz bu gün saat 18:00-da “Baku Crystal Hall”da baş tutacaq”,-deyə baş katib əlavə edib.

Qeyd edək ki, Dünya çempionatının açılış mərasimi bu gün olacaq. Yarış sentyabrın 1-dək davam edəcək.

 

Ən son xəbərlər Hilal.az saytında.

https://hilal.az/