xəbər və məqalə portalı
16 Avqust 2023 59

Azərbaycanın voleybol millisinin Avropa çempionatı üçün heyəti bəlli olub

Azərbaycanın voleybol millisinin Avropa çempionatı üçün heyəti bəlli olub

Voleybol üzrə Azərbaycan millisinin Avropa çempionatı üçün yekun heyəti açıqlanıb.

Federasiyadan verilən məlumata görə, baş məşqçi Ataman Güneyligil "15-liy"i müəyyənləşdirib.

Ülkər Kərimova və Şəfaqət Alışanova əvvəlki heyətdən çıxarılıb.

Hücumçular: Polina Rəhimova, Odina Əliyeva, Yelizaveta Ruban, Marqarita Stepanenko, Nikalina Başnakova,

Blokçular: Ayşən Abduləzimova (k), Olena Xarçenko, Aynur İmanova, Mariya Kirilyuk, Anastasiya Mertsalova, Kseniya Pavlenko.

Oyunqurucuları: Kristina Besman, Yana Doroşenko,

Liberolar: Yuliya Kərimova, Bəyaz Quluyeva.

Baş məşqçi: Ataman Güneyligil

Qeyd edək ki, Azərbaycan millisi Çexiya, Almaniya, Yunanıstan, İsveç və Türkiyə ilə birlikdə C qrupunda mübarizə aparacaq. Komanda ilk qarşılaşmasını avqustun 18-də Çexiyaya qarşı keçirəcək. Sentyabrın 3-də başa çatacaq Avropa çempionatına Belçika, İtaliya, Almaniya və Estoniya ev sahibliyi edir.

 

Ən son xəbərlər Hilal.az saytında.

https://hilal.az/