Azərbaycan və Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin (HDQ) gəmilərinin və hərbi qulluqçularının iştirakı ilə ölkəmizdə keçirilən “Xəzri-2023” birgə taktiki təlimində müşahidəçi qismində iştirak etmək üçün İran İslam Respublikası HDQ-nin nümayəndə heyəti Bakıya gəlib.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Azərbaycan Respublikası HDQ komandanı vitse-admiral Sübhan Bəkirov İran İslam Respublikası HDQ-nin Əməliyyat Komandanı 1-ci dərəcəli kapitan Məhəmməd Reza Xəzainin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
HDQ-nin qərargahında keçirilən görüşdə “Xəzri-2023” təliminin əhəmiyyəti xüsusi vurğulanaraq gələcəkdə Xəzər dənizində Azərbaycan-İran HDQ-nin də birgə təlimlərinin keçirilməsinin vacibliyi diqqətə çatdırılıb və bununla bağlı ilkin razılıq əldə edilib.
Görüşdə hər iki ölkənin HDQ-ləri arasında hərbi sahədə əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.
Sonda qarşılıqlı hədiyyələr təqdim olunub, xatirə şəkli çəkdirilib.
Xəbəri Hilal.az saytından alın.
FİŞİNQ ANLAYIŞI VƏ FİŞİNQƏ QARŞI MÜBARİZƏ
Vətən Atalızadə yazır: "Kibercinayətkarlardan necə qorunaq?"
Bu gün Vaşinqtonda Hüseyn Cavidin anım günü elan olunub
“CIDC-2023” kibermüharibə yarışı
Bakı Media Mərkəzi Hacı Zeynalabdin Tağıyev haqqında film çəkir
Azərbaycan və Türkiyənin aviasiya vasitələri birgə hava kəşfiyyatı aparıb
Fransanın Ermənistana silah satışı Azərbaycana qarşı düşmənçilikdir
Vəkillər Kollegiyası Rəyasət Heyətinin iclasında bir sıra qərarlar qəbul edilib
Əkbər Yusifoğlunun təqdimatında "Qanun və İcra” proqramı
“Muğan Bank”ın lisenziyası ləğv edilib